Ərdoğan Prezident İqamətgahında təşkil edilən mərasimdə çıxış edib

3 İyun 2023 20:17 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:"Türkiyənin inkişaf etməyə davam etməsi üçün səylərimizi davam etdirəcəyik. Siyasi baxışlarından, mənşəyindən, məzhəbindən asılı olmayaraq 85 milyon insanın hamısını qucaqlayacağıq. Birliyə və bərabərliyə hər zamankindən daha çox ehtiyacımız var''.