Bu axşam Türkiyə hökumətinin yeni tərkibi açıqlanacaq

3 İyun 2023 19:18 (UTC+04:00)

Türkiyə səsvermənin başa çatması ilə yeni yola başlayıb, Türkiyə Yüz İli başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, bu axşam hökumətin yeni tərkibi açıqlanacaq: “Gələn həftənin ikinci günü yeni hökumətin iclası keçiriləcək”.