Prezident İlham Əliyev və xanımı Türkiyədə səfərdədir - FOTOLAR

3 İyun 2023 17:24 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfərə gəlib. SİA xəbər verir ki, Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.