ABŞ-dakı marinada yaxtalar yanıb

3 İyun 2023 16:29 (UTC+04:00)

ABŞ-ın Arizona ştatının Pauell gölündə yerləşən Wahweap Marinada naməlum səbəbdən yanğın baş verib. SİA xarici mediaya istinadən bəyan edir ki, marinadakı qayıqlardan alov və qatı tüstü qalxdığı üçün zabitlər yanğına müdaxilə ediblər. Marinada xidmət göstərən Aramark Destinations şirkətinin sözçüsü Lisa Cesaro yanğının bir saat yarımdan sonra söndürüldüyünü, heç kimin xəsarət almadığını açıqlayıb.

Fazil Mehdixanlı