Ərdoğanın andiçmə mərasimi başlayıb, Prezident İlham Əliyev tədbirdə iştirak edir

3 İyun 2023 16:01 (UTC+04:00)

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb. SİA xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.