U-20 milli komandamız hazırlıq prosesinə başlayıb

3 İyun 2023 14:16 (UTC+04:00)

1 iyun tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-20 yığma komandamız Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib. SİA xəbər verir ki, Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi yığmamız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirir. U-20 milli komandamızın hazırlıq prosesindəki əsas məqsədi, 7-16 iyul Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır. Qeyd edək ki, təlim-məşq toplanışı 15 iyun tarixinə qədər davam edəcək.