"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb

3 İyun 2023 14:03 (UTC+04:00)

"Səbail" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. SİA xəbər verir ki, Emil Martinovun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, "dənizçilər" daha əvvəl Ruslan Hacıyev, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də vidalaşıb.