"Qarabağ" klubu ilk transferini açıqladı

3 İyun 2023 13:30 (UTC+04:00)

"Qarabağ" klubu yay transfer dönəmində ilk transferini açıqlayıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"dən ayrılmış Hamidu Keyta ilə üç illik müqavilə imzalanıb.