Orban: Ərdoğan üçün dua etdik

3 İyun 2023 12:48 (UTC+04:00)

Macarıstanın ictimai yayımçısı Radio Kossuth-a hər cümə günü gündəmi qiymətləndirən Baş nazir Viktor Orban Türkiyədə keçən həftə keçirilən prezident seçkilərinin nəticəsi ilə bağlı qiymətləndirmələr etdi. SİA Türkiyə mətbuatına əsasən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməklə yanaşı, onun qalib gəlməsi üçün çox dua etdiyini deyən Orban, “Ərdoğan qazanmasaydı, bu, bizim üçün faciə olardı, çünki onun rəqibi Ukrayna məsələsində müharibə tərəfdarı idi və qalib gəlsəydi, Türkiyədə yaşayan dörd milyon qaçqını azad edərdi”- deyə bəyan edib.

Rusiya təbii qazının Türkiyə üzərindən Avropaya çatdığını qeyd edən Macarıstan lideri, Ankarada ABŞ-yönlü hökumətin fəaliyyət göstərəcəyi təqdirdə təbii qazın Macarıstan və Serbiyaya çatmayacağını iddia edib.

Fazil Mehdixanlı