Azərbaycanlı model geyimi ilə diqqət çəkib - FOTOLAR

3 İyun 2023 11:05 (UTC+04:00)

Model Günay Musayeva Gürcüstanda podiuma çıxıb. SİA xəbər ki, Musayeva Tbilisidə keçirilən moda həftəsinin bağlanış mərasimində yer alıb. Günay gürcü modelyer Datuna Sulikaşvilinin yeni kolleksiya tanıtımda baş model kimi podium çıxıb.

Modelin təqdim etdiyi libas fərqli kəsimi ilə diqqət çəkib. Belə ki, Musayevaya böyük ölçülü ağ pençək və eyni tonda uzun çəkmə geyindirilib.

Modelin "İnstaqram" hesabında paylaşdığı fotoları sizə təqdim edirik: