Bakıda 45 yaşlı kişi intihar edib

3 İyun 2023 10:46 (UTC+04:00)

Bakıda 45 yaşlı kişi intihar edib.

SİA-nın xəbərinə görə, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 mart küçəsində baş verib.

1978-ci il təvəllüdlü Fariz Vəliyev yaşadığı evin həyətində özünə qəsd edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.