Avtomobilin vurduğu qadın xəstəxanada ölüb

3 İyun 2023 09:40 (UTC+04:00)

Tovuzda avtomobilin vurduğu qadın xəstəxanada ölüb. SİA xəbər verir ki, 1992-ci il təvəllüdlü Tovuz rayon sakini Orxan Məmmədov iyunun 1-də "Hundai Santafe" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 57 yaşlı rayon sakini Lalə Sadıqovanı vurub.

Qadın aldığı xəsarətlərdən ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.