Ötən ay 43 aptekdə yoxlama aparılıb

2 İyun 2023 15:50 (UTC+04:00)

Analitik Ekspertiza Mərkəzi ötən ay aptek təşkilatlarında keçirilən yoxlamaların nəticələrini açıqlayıb.

Mərkəzdən SİA-ya verilən məlumata görə, Bakı şəhəri üzrə 43, aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.

İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə 9 protokol tərtib edilib.