Mask tviteri rebrendinq etmək planlarını təsdiqlədi

2 İyun 2023 06:33 (UTC+04:00)

Amerikalı sahibkar və milyarder İlon Mask tviter sosial şəbəkəsini rebrendinq etmək planlarını təsdiqləyib. SİA xəbər verir ki, bu barədə o, tviter hesabında məlumat verib.

“Doğrudur”, - deyə Mask “Daily News”un xəbərinə cavab olaraq tvit ataraq sosial medianın hazırkı adı və mavi quş loqosunu “X” hərfi ilə əvəz edə biləcəyini bildirib.