Samir Piriyev paylaşımı ilə diqqət çəkib - FOTO

2 İyun 2023 06:39 (UTC+04:00)

Müğənni Samir Piriyev sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. SİA xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında həmkarlarının arxiv fotosunu paylaşıb. Şəkildə Əməkdar artist Lalə Məmmədova, müğənnilər İradə İbrahimova və Ceyhun Nemətov da olublar.

Samir paylaşıma, "Təxminən, 30 ilin şəklidir. Burada kimləri tanıdınız?", - yazaraq instaqram izləyicilərinə sual ünvanlayıb.

Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti məşhurları tanıya bilməyiblər.