Türkiyə Prezidenti iyunun 3-də and içəcək

1 İyun 2023 14:01 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisi (TBMM) sabahdan fəaliyyətə başlayır. SİA xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, Dövlət Baxçalının sədrliyi ilə 28-ci çağırış ölkə parlamentinin deputatlarının andiçmə mərasimi sabah keçiriləcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 iyunda and içəcəyi bildirilib.