Eda Ece toya hazırlaşır

1 İyun 2023 11:11 (UTC+04:00)

“Yasak Elma” serialında “Ulduz” obrazına həyat verən aktrisa Eda Ece ilə sevgilisi basketbolçu Buğrahan Tuncerlə olan şəxsi həyatı tez-tez gündəm olur. SİA xarici mətbuata istinadən xəbər verir ki, münasibətlərini gözdən uzaq yaşamağa üstünlük verən məşhur cütlük son evlilik qərarı ilə jurnalın gündəminə gəlib. Buğrahan Tuncerlə evliliyə hazırlaşan Eda Ece artıq toy alış-verişinə çıxıb.

6 il davam edən serialın finalından danışan aktrisa sırada toyun olduğunu deyib: “Serial bitdi. Alnımızın ağı ilə çox uğurlu olduq. Biz bir-birimizi çox sevirdik, çox gözəl set idi. 6 il ölkəni əyləndirdik. İndi isə toy var. Onu da yola verdikdən, sonra tətildir”.