Son bir ildə 60 mindən çox uşaq əməliyyat olunub - TƏBİB

1 İyun 2023 10:43 (UTC+04:00)

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 2022-2023-cü illər ərzində 2,5 milyon (2 457 588) uşağa tibbi xidmət göstərilib.

TƏBİB-dən SİA-ya verilən məlumata görə, 60 mindən çox (60 736) uşaq isə cərrahi əməliyyat olunub:

"2022-ci ilin ilk rübündə 2,2 milyon (2 231 463), 2023-cü ilin ilk rübündə isə 2,3 milyon (2 330 385) uşaq tibbi xidmətlərdən yararlanıb".