Məşhur türk serialı ilə bağlı gözlənilməz qərar

1 İyun 2023 06:43 (UTC+04:00)

Baş rolunu Barış Arduçun canlandırdığı “Alparslan Büyük Selçuklu” serialı barədə yeni qərar alınıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 61-ci bölümdə final edəcək. Buna səbəb isə Arduçun 3-cü mövsümdə yer almaqdan imtina etməsi olub.

Qeyd edək ki, serial "TRT1" kanalında yayımlanır.