Al Paçino 83 yaşında ata olacaq

1 İyun 2023 01:40 (UTC+04:00)

Amerikalı Hollivud ulduzu Al Paçinonun 83 yaşında dördüncü uşaq atası olacağı məlum olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun 29 yaşlı sevgilisi Nur Əlfallahın 8 aylıq hamilə olduğu bildirilir.

Al Paçinonun meneceri də bu xəbəri təsdiqləyib.

Qeyd edək ki, aktyor prodüser kimi çalışan Alfallahla keçən il filmin çəkiliş meydançasında tanış olub.