Çavuşoğlu Hüseyn Əmir-Abdullahiyanla telefon danışığı aparıb

1 İyun 2023 00:32 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla telefon danışığı aparıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir Əmir-Abdullahiyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi və parlament seçkilərində qazanılan uğurlar münasibətilə təbriklərini çatdırıb.

Danışıq zamanı ikitərəfli əlaqələr də müzakirə olunub.