Bu ölkədə terror təşkilatı “Əş-Şəbab” hərbi bazaya hücum edib

31 May 2023 21:34 (UTC+04:00)

Somali İnformasiya Nazirliyindən verilən açıqlamaya görə, silahlılar Qalqadud bölgəsindəki Masaqava şəhərindəki hərbi bazaya hücum ediblər. Somali ordusu yerli qüvvələrin dəstəyi ilə hücumu dəf edərək, azı 30 terrorçunu məhv edib. SİA-nın əldə etdiyi məlumata görə, qarşıdurma zamanı 3 Somali əsgəri yaralanıb.

Qeyd edək ki, ötən il Somali ordusunun Əl-Şəbab qruplaşmasına qarşı başlatdığı genişmiqyaslı əməliyyatlar nəticəsində azad edilən Masaqava qəsəbəsində Eritreyada təlim keçmiş əsgərlər yerləşdirilib. Təşkilat keçən həftə Afrika İttifaqı sülhməramlılarına da hücum edib.