Küveytin Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

31 May 2023 17:15 (UTC+04:00)

Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

SİA xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri!

Sizi səmimiyyətlə salamlayıram. Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirirəm.

Bu gözəl bayram münasibətlə Sizə uzun ömür, xoşbəxtlik, uğurlar, ölkənizə və dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram”.