Məktəbəhazırlıq qruplarında məşğələlər bu gün başa çatıb

31 May 2023 15:53 (UTC+04:00)

Məktəbəhazırlıq qruplarında məşğələlər bu gün başa çatıb.

Bu barədə SİA-ya Elm və Təhsil nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən 31 may ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında son məşğələ günüdür.