Ötən gün yol qəzalarında 7 nəfər ölüb- DİN

31 May 2023 10:05 (UTC+04:00)

DİN ötən gün respublikanın avtomobil yollarında baş verən yol qəzaları ilə bağlı statistik məlumat yayıb.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.