Kənan MM böyrəyini satır?

31 May 2023 08:41 (UTC+04:00)

Kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib. SİA xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, bu vasitə ilə mədəniyyət nazirinə müraciət edərək, film çəkmək üçün böyrəyini satdığını bildirib.

"Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəyəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orada birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır", - deyə o qeyd edib.