Türkiyəli aktrisa təsirli anlar yaşayıb

31 May 2023 07:43 (UTC+04:00)

76-cı Kann Film Festivalında "Ən yaxşı aktrisa" nominasiyasında qalib gələn türkiyəli aktrisa Merve Dizdar ötən gün rol aldığı "Alisa Myuzikl"ında təsirli anlar yaşayıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa dünən Enis Arıkan, Ezgi Mola, İbrahim Selim, Serenay Sarıkaya, Şükrü Özyıldız və başqa həmkarları ilə birlikdə səhnəyə çıxıb.

Aktrisa musiqili tamaşada səhnəyə çıxdığı ilk an oyun dayanıb və serycilər dəqiqələrlə onu alqışlayıb. Alqış sədalarından şoka düşən aktrisa göz yaşlarına hakim ola bilməyib. Mervenin tamaşaçılara təzim etdiyini görən Serenay Sarıkaya və Eniz Arıkan başda olmaqla bütün heyət səhnəyə gələrək həmkarlarına sarılıblar. Həmçinin tamaşanın sonunda seyrcilər Dizdarı uzun davam edən alqış sədaları altında kulisə yola salıb.

Bu kadrları instaqramda paylaşan Merve Dizdar "Həyatım boyu teatrda çalışdım. Məni alqışlayan canım tamaşaçım, hımkarların və canım "Alisa" min dəfə təşəkkür edirəm. Ömrüm boyu unutmayacağam" yazıb.