Pop ulduz Demet Akalın növbəti dəfə “Yalı çapkını” ilə bağlı tənqidi status paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi növbəti bölümün fraqmentini izlədikdən sonra əsəbiləşərək tvit atıb.
“Bu serial Qaziantepdə başladı. Oranın ab-havası ilə Fəridin simpatikliyi arasındakı uyğunsuzluğun uyğunluğunu sevdik. Bu cütlüyün dadını qaçırtmayın. Xahiş edirəm aktyorlarınızı başqa işlərdə parladın. Bu nədir? Mən Seyran üçün səhnəyə çıxış saatımı dəyişirəm”, - deyə, Akalın bildirib.