Ev satarkən qanunla ərin, yaxud arvadın razılığı lazımdır? - HÜQUQŞÜNAS AÇIQLADI

30 May 2023 15:20 (UTC+04:00)

"Evi satarkən qanunla ərin, yaxud qadının razılığı o halda lazımdır ki, həmin ev onların birgə əmlakıdır. Əgər həmin ev onların nikahda olduğu dövrdə alınıbsa, satılan zaman da hər iki tərəfin razılığı lazımdır". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əkrəm Hüseynov deyib.

Onun sözlərinə görə, əgər ər-arvaddan hansısa birinə bu ev bağışlanıbsa, yaxud vərəsəlik qaydasında əldə edibsə, bu onların birgə əmlakı deyil: "Bu zaman həyat yoldaşının razılığı tələb olunmur".

Əkrəm Hüseynov sözlərinə belə davam edib: "Ev satarkən ərin, yaxud qadının razılığı bir də o halda tələb olunmur ki, onlar nikah müqavilələri varsa və həmin müqavilədə başqa şərt müəyyən olunub ki, "Razılıq lazım deyil, hər kəsin adına nə varsa, yalnız onundur"".

Ayşən Vəli