Eda Ece toy tarixini dəyişdi

30 May 2023 08:37 (UTC+04:00)

Türkiyəli aktrisa Eda Ecenin toy tarixində dəyişiklik olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iyunun 20-i yox, 21-də nikah masasına əyləşəcək.

Ece ayın 20-də isə 33 yaşını qeyd edəcək.

Xatırladaq ki, aktrisa 4 ildir basketbolçu Buğrahan Tuncerlə eşq yaşayır. Cütlük ötən ay nişanlanıb.