Nigar ikinci dəfə ana olacaq - FOTOLAR

30 May 2023 07:50 (UTC+04:00)

Həyatımda daha bir möcüzənin bitib, digərinin başlanması anına girəcəm inşallah. 9 ay bətnimdə bir insan böyütmənin zövqünü, duyğusunu yaşadan Allaha min dəfə şükürlır olsun. Duyğularım tərifsizdir. SİA xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimovanın bacısı, məşhur stilist Nigar İbrahimova deyib. İkinci dəfə ana olmaq sevincini yaşayan stilist ürək sözlərini sosial şəbəkədə paylaşıb. O, həmçinin həyat yoldaşı və qızı ilə yeni fotosessiya etdirib.

"Əmanət məndən məmnunmu, bilmirəm, amma əmanətə gözəl baxdım. Könlümüzdən keçən gözəl arzuların xeyirli olması diləyi ilə arzularınıza çatın, qızlar! Övlad arzusuyla evinizin çırağı yansın, işıq saçsın. Heç vaxt köks ötürməyəsiniz, hansısa uşağı görəndə siz də ürəkdən sevin və doğru günü, doğru saatı, doğru tarixi gözləyin. Gözəl əməllər edin, bir gün Allah mübarək mükafatıyla qapınızı döyəcək. Bu möcüzənin uzun hekayəsi var, ətrafım və dostlarım bilir", - stilist bildirib.