Rusiyadan mühacirət və ya getmək istərsənmi?
SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın birinci kanalında yayımlanan “Möcüzələr sahəsi” (“Pole çudes”) proqramının aparıcısı Leonid Yakuboviçə ünvanlanan bu suala o, avar şairi Rəsul Həmzətovun “yalnız öz həyatınla yaşaya bilərsən” sözlərini sitat gətirib.
Yakuboviçin dediyinə görə, istənilən yerə gedə bilərsən, daha çox qazandığın yerdə işləyə bilərsən, evlənə bilərsən. Harasa gedib orada istirahət edə, başqa bir günəşin doğuşuna və fərqli bir gün batımına baxaraq həyatını yaşaya bilərsən.
Ancaq haradasa, nə vaxtsa kimsə, birbaşa olmasa da, hər halda sənin burada qərib olduğunuza işarə edəcək.
Qeyd edək ki, o, Həmzətovun yuxarıdakı sözlərini böyük adlandırıb və qeyd edib ki, insan yaşayış yerini dəyişə bilər, ancaq vətənini dəyişə bilməz.
Yeri gəlmişkən, bir müddət əvvəl “Moskva Saqa” serialının ulduzu Olqa Budina ölkəni tərk edən həmkarlarından danışıb. O, qürbətçi sənətçiləri fikrindən daşındırmağa çalışmadığını, əksinə onları dünyaya daha geniş şəkildə baxmağa təşviq etdiyini bildirib.
Ağasəf Babayev