Aygün Kazımova yayımladığı videolarla gündəmə gəlib

29 May 2023 02:44 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova yayımladığı videolarla gündəmə gəlib. SİA xəbər verir ki, Pop diva bu dəfə həm də evindən görüntü yayımlayıb. Obyektiv qarşısında rəqs edən müğənni günü-gündən arıqlaması ilə diqqət çəkib.

Kazımova qara qısa və kürək dekolteli libas geyinib. O, tərzini qara ayaqqabı və qızılı çanta ilə tamamlayıb.