Türkiyə MSK sədri seçkilərin nəticələri ilə bağlı açıqlama yayıb - YENİLƏNİB

29 May 2023 00:13 (UTC+04:00)

Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı açıqlama verib. SİA xəbər verir ki, o, Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib.

Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb.

Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.