Türk milləti bu gün bir tarix yazdı

28 May 2023 22:26 (UTC+04:00)

Türk milləti bu gün bir tarix yazdı və iradəsinə sahib çıxdı. Millətimiz böhtan və xəyanət siyasətinə qiymət vermədi.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı seçkinin nəticələri ilə bağlı çıxışında deyib.

“Hər kəs nəticəyə hörmət etməlidir. İmperializmin qaranlıq ssenariləri, sorğu şirkətlərinin saxta xidmətləri, əməkdaşlıq edən köşə yazarlarının rüsvayçılığı, saxta ekspertlərin əzbərləmələri, bəzi qəzetlərin anormal dezinformasiyaları xalqımızın gözü qarşısında səhnəyə qoyuldu.

13-cü prezidentimiz Ərdoğanı təbrik edir, Allahdan bəxtini açıq etməsini arzulayıram. Uduzan pislərdir. 28 may 2023 prezident seçimi ölkəmizə xeyirli olsun”, – Baxçalı bildirib.