İsmayıllıda avtobusun vurduğu məktəbli ölüb

28 May 2023 20:45 (UTC+04:00)

Bu gün saat 18:20 radələrində İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisində Şahid İsgəndərov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən piyada, 2010-cu il təvəllüdlü Qobustan rayon sakini A.Cəfərovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə hadisə yerində ölüb.

SİA yerli qaynaqlara istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Faktla bağlı araşdırma aparılır.