Rəcəb Tayyib Ərdoğan öndədir

28 May 2023 20:25 (UTC+04:00)

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 82,64 faizi açılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin nəticələrə əsasən, “Cümhur” İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 53,41 faizini (22,733,801), “Millət” İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 46,59 faizinin (19,830,274) səsini qazanıb.