Azərbaycanda Türk mətbəxi həftəsi çərçivəsində Hatayın yerli mətbəxindən dadlar təqdim edilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 21-27 may tarixlərində bütün dünyada keçirilən Türk mətbəxi həftəsi çərçivəsində Türkiyənin Bakıdakı səfirliyində proqram təşkil edilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Türkiyənin Bakıdakı səfiri Cahit Bağcının xanımı Leyla Bağcının səfirlik iqamətgahında aparıcısı olduğu proqramda Bakıdakı diplomatik missiya nümayəndələrinin həyat yoldaşları iştirak ediblər.
Proqramda qonaqlara Hatay mətbəxindən bibər çörəyi, nimçə kababı, badımcan kababı, humus və künefe kimi xörəklər və desertlər təqrim olunub. Leyla Bağcı qonaqlarına Hatayın tarixi, mədəniyyəti və ənənəvi yemək mədəniyyəti haqqında məlumat verib.
Qeyd edək ki, bərəkətli coğrafiyası və zəngin məzmunu ilə, onlarla fərqli inkişaf imkanını yaradıb bir araya gətirən hərtərəfli Türk mətbəxi həftəsi 21-27 may tarixlərində baş tutdu. Bu il ikinci dəfə keçirilən Türk mətbəxi həftəsində UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi tərəfindən "Dünyanın 26-cı Qastronomiya Şəhəri" seçilən Hatayın yerli mətbəxinə və türk mətbəxinin israfçılığa yol verməməsinə xüsusi diqqət yetirildi.