Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib

28 May 2023 11:35 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 28 May Müstəqillik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

SİA-nın xəbərinə görə, səfir bu barədə "Tvitter"-də paylaşım edib.

“Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - deyə təbrikdə bildirilir.