Solomon adalarında 5,8 maqnitudalı zəlzələ olub

28 May 2023 10:20 (UTC+04:00)

Solomon adaları sahillərində 5,8 maqnitudalı zəlzələ olub.

SİA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı Xoniara şəhərindən 150 km cənub-şərqdə, 105 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.