Azərbaycan XİN Müstəqillik Günü münasibətilə paylaşım edib

28 May 2023 09:43 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə Müstəqillik Günü münasibətilə paylaşım edib.

SİA xəbər verir ki, XİN-in tviter səhifəsində qeyd olunub:

"Müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Azərbaycan Respublikasının yaradılmasının 105-ci ildönümündə xalqımızı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına sülh və rifah arzu edirik. 28 May - Müstəqillik Günümüz Mübarək!"