Məşhur rejissor Roma Papasının xahişi ilə yeni film çəkəcək

28 May 2023 08:38 (UTC+04:00)

Məşhur rejissor Martin Skorseze Roma Papasının xahişilə yeni film çəkəcək. SİA xəbər verir ki, ekran əsəri İsa Məsihə həsr olunacaq.

“Mən Papanın sənətçilərə çağırışına bacardığım yeganə üsulla cavab verdim - İsa haqqında bir film üçün ssenari yazmaqla. Mən onu çəkməyə başlayacağam”, - Skorseze bildirib.

Qeyd edək ki, bu yaxınlarda pontifik “Bizə İsanı göstərin!”, - deyə sənətçilərə çağırış etmişdi.