Rəqsanə azyaşlı övladları ilə efirə gəldi - VİDEO

28 May 2023 05:55 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılovanın 44 yaşı tamam olub. SİA ATV-yə istinadla xəbər verir ki, sənətçi ad gününü ATV kanalında yayımlanan "El Canlı" proqramında qeyd edib.

İfaçı efirdə ad günü tortunun şamlarını üfürərkən onun azyaşlı övladları studiyaya gətirilib.

Bununla da müğənni ilk dəfə qızı Mihrimah Sultan və oğlu Muhammed Əli ilə canlı efirdə qonaq olub.

Xatırladaq ki, Rəqsanə ismayılovanın 4 övladı var.