Türkiyə Səfirliyi Müstəqillik Günü münasibətilə paylaşım edib

28 May 2023 01:02 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı Səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, tvitterdəki təbrik paylaşımında deyilir: "Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun! Müstəqil və suveren Azərbaycanın şanlı bayrağı bütün Azərbaycan torpaqlarında və səmasında əbədiyyən dalğalanacaq. Yaşasın güclü və müstəqil Azərbaycan!"