Türkiyəli mütəxəssis yeniyetmə voleybolçularımızın yarışını izləyib - FOTOLAR

28 May 2023 00:20 (UTC+04:00)

Azərbaycan Voleybol Federasiyasının (AVF) dəvəti ilə ölkəmizdə səfərdə olan türkiyəli voleybol mütəxəssisi Şahin Çatma Şirvan şəhərində olub. SİA xəbər verir ki, təcrübəli mütəxəssis burada təşkil olunmuş Şirvan və Hacıqabuldan olan 15 yaşadək qızlar arasında yarışı və turnirdən sonra keçirilən məşqləri izləyib.

O, Şirvan Olimpiya Kompleksində baş tutan yarışa və məşqlərə baxışdan sonra müəyyən etdiyi kriteriyalara uyğun gələn istedadlı voleybolçuların qeydiyyatını aparıb.

Şahin Çatma dünən Bakıda və Sumqayıtda məşq edən qızlara da baxış keçirib.

Türkiyəli mütəxəssis bütün məşqləri və oyunları analiz etdikdən sonra müvafiq seçimlər edəcək.

Qeyd edək ki, bu yarış AVF-nin perspektivli yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində təşkil olunub.