Bu gün Misli Premyer Liqasında 2022/2023 mövsümünün 36-cı-sonuncu turuna start verilib.
SİA Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə nəzərdə tutulan 3 matçdan 2-i başa çatıb. "Sumqayıt" "Zirə"yə 0:3 hesabı ilə uduzub. "Qəbələ" "Kəpəz"lə bərabərə qalıb - 1:1. Bu nəticədən sonra xalını 50-yə çatdıran Elmar Baxşıyevin komandası yarışı 4-cü pillədə başa vurub. "Zirə" də eyni xalı toplasa da, şəxsi oyunlarda üstünlüyə görə komanda ilk 4-lükdə yer alıb. Beləliklə, Azərbaycan kubokunun finalında “Neftçi” ilə matçın nəticəsindən asılı olmayaraq 2023/24 mövsümündə Konfrans Liqasının birinci mərhələsindən yarışacaq.
Bundan əvvəl "Qarabağ" Çempionlar Liqasına, "Sabah" və "Neftçi" Konfrans Liqasına vəsiqəni təmin edib.
Günün son qarşılaşmasında "Səbail" "Şamaxı"nı qəbul edəcək. “Səbail” 26 xalla 9-cu, “Şamaxı” isə 25 xalla 10-cu yeri tutur. Bu görüşdə “Səbail”ə heç-heçə də sərf edir. “Şamaxı”ya isə mütləq qələbə lazımdır.
27 may (şənbə)
20:00. “Səbail” – “Şamaxı” - 0:0 (Birinci hissə)
“ASCO Arena”
17:30.“Sumqayıt” – “Zirə” - 0:3
Qol: Rəhim Sadıxov, 10, 67, Toni Qomes, 89
“Kapital Bank Arena”
17:30.“Qəbələ” – “Kəpəz” - 1:1
Qol: İsnik Alimi, 45+4-pen.(1:0), Zamiq Əliyev, 80 (1:1)
Qəbələ şəhər stadionu
28 may (bazar)
17:00. “Neftçi” – “Sabah”
“Bakcell Arena”
19:30. “Qarabağ” – “Turan Tovuz”
“Azersun Arena”
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 35 | 27 | 6 | 2 | 88-24 | 87 |
2 | Sabah | 35 | 25 | 6 | 4 | 75-23 | 81 |
3 | Neftçi | 35 | 19 | 8 | 8 | 62-38 | 65 |
4 | Qəbələ | 36 | 13 | 11 | 12 | 47-47 | 50 |
5 | Zirə | 36 | 12 | 12 | 12 | 45-46 | 50 |
6 | Turan Tovuz | 35 | 10 | 9 | 16 | 35-46 | 39 |
7 | Sumqayıt | 36 | 8 | 7 | 21 | 26-70 | 31 |
8 | Kəpəz | 36 | 6 | 13 | 17 | 34-62 | 31 |
9 | Səbail | 35 | 6 | 8 | 21 | 31-62 | 26 |
10 | Şamaxı | 35 | 4 | 13 | 18 | 26-51 | 25 |
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 22 qol
Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Coy Lens Mikels ("Sabah") - 17 qol
Emin Mahmudov ("Neftçi") - 16 qol
Aleksey Kaşuk ("Sabah") - 16 qol