Stefan Dujarik Sudandakı vəziyyəti qiymətləndirib

27 May 2023 17:36 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda tərəflər arasında əldə olunan qısamüddətli atəşkəsə baxmayaraq toqquşmaların davam etdiyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, BMT-nin sözçüsü Stefan Dujarik keçirdiyi gündəlik mətbuat konfransında Sudandakı mövcud vəziyyəti qiymətləndirib.
BMT-nin atəşkəsə rəsmən nəzarət etmədiyini qeyd edən Stefan Dujarik ölkənin müxtəlif bölgələrində insanların hələ də ciddi problemlərlə üzləşdiyini qeyd edib.
Stefan Dujarik deyib: "Son məlumatlar göstərir ki, Sudanda fərdi münaqişələr davam edir. Humanitar yardım üzrə əməkdaşlarımız münaqişənin dayandığı hər an yardım çatdırmağa çalışırlar".
BMT-nin Ümumdünya Ərzaq Proqramının ölkədə 600 min insana yardım çatdırdığını bildirən Stefan Dujarik Ümumdünya Səhiyyə Təşkilatının da münaqişənin başladığı gündən bu yana 38 səhiyyə müəssisəsinin hücuma məruz qaldığını bildirdiyini açıqlayıb.