Fateh Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rənglərinə büründü

27 May 2023 17:30 (UTC+04:00)

İstanbulun Fateh Sultan Mehmet körpüsü Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci il mayın 28-də Gürcüstanın Tbilisi şəhərində Mehmet Emin Rəsulzadənin rəhbərliyindəki Azərbaycan Milli Şurası tərəfindən elan edilib.
Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olan Osmanlı dövləti Nuri Paşanın ​komandanlığındakı Qafqaz İslam Ordusunu Azərbaycana göndərərək apardığı istiqlal mübarizəsində Azərbaycana dəstək verib.
1918-ci il iyunun 26-da milli ordusunu quran Azərbaycan iyunun 27-də dövlətin rəsmi dilinin türk dili olduğunu bütün dünyaya elan edib.