Nilperi Şahinkaya evlilik haqqında açıqlama verib

26 May 2023 15:42 (UTC+04:00)

Türk aktrisa Nilperi Şahinkaya evlilik haqqında açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi sevgilisi Emre Yusufi ilə münasibətini rəsmiləşdirməyə dair planının olmadığını bildirib: “Gözəl, sakit irəliləyən münasibətimiz var. Evlənməyi düşünmürük, amma toylara qatılmağı sevirik. Evlilik xəyalım yoxdur. Açıq deyim, heç gözləntim də yoxdur. Aramızda bununla bağlı dialoq olmayıb”.

Qeyd edək ki, cütlük dörd ildir münasibət yaşayır.