İlk dəfə ictimaiyyət qarşısına əl-ələ çıxdılar - FOTOLAR

26 May 2023 10:18 (UTC+04:00)

Türkiyənin məşhur aktrisası Hande Erçel ilk dəfə sevgilisi Hakan Sabancı ilə ictimaiyyət qarşısına çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlük “Amerika QİÇS Araşdırma Fondu”nun xeyriyyə tədbirində yer alıb. Birlikdə kamera qarşısında poza verən iki tanınmış sima böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Hande Erçel və Hakan Sabancı martın 6-da Paris tətilindən qayıdarkən İstanbul hava limanında kameralara tuş gəlib. Utancaq davranışlar sərgiləyən sevgililər “Hər şey çox yaxşı gedir. Tətildən gəldik. Çox sağ olun”,- şərhini demişdi.